Ölkə

Milli parkda ceyranı öldürən şəxs nazirlik əməkdaşı imiş - YENİLƏNİB

24 Yanvar 2025 19:48
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, məlumatda adı qeyd olunan vətəndaş Elvin Əsgərov Nazirliyin əməkdaşı deyil.

"Elvin Əsgərov Fövqəladə Hallar Nazirliyi sistemində əvvəllər çalışıb", - deyə Nazirlikdən bildirdilər.

***

Şirvan Milli Parkında ceyran ovlanmasının bəzi təfərrüatı məlum olub.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Şirvan Milli Parkında ceyranı ovlayaraq başını kəsən Elvin Əsgərov Fövqəladə Hallar Nazirliyinin (FHN) Neftçala rayon şöbəsinin əməkdaşı imiş.

Xatırladaq ki, milli parkın direktoru Seymur Kərimov polisə müraciət edərək qoruğun Yenikənd kəndinin ərazisində kəsilmiş ceyran başı və iki patron gilizi tapdığını bildirib. Bundan sonra polis hərəkətə keçib və Neftçala rayon sakini Elvin Əsgərov saxlanılıb.

Məlumata görə, Elvin Əsgərov tək olmayıb. İş hazırda Salyan Rayon Polis Şöbəsində araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.