Meymunçiçəyi cinsi yolla keçir: Ölkəyə gəlib-gedənlərdən məcburi test götürülə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda ilk dəfə meymunçiçəyinə yoluxma faktını aşkarlayan, dermatoloq, uzman həkim Mehdi İskəndərli meymunçiçəyi virusunun cinsi yolla yayıldığını deyib. Belə çıxır ki, turist kimi xaricə gedən azərbaycanlı orda eyni virusu daşıyan şəxslə yaxınlıq edib.
Bu, ortaya bəzi məsələləri çıxarır. Yəqin ki, ölkəyə gələn turistlər arasında da ağır virus daşıyıcısı olanlar var. Azərbaycandakı turistlərin testdən keçməsi üçün addımlar atıla bilərmi?
Eləcə də başqa ölkələrə gəzməyə gedən azərbaycanlılar vətənə döndükdən sonra onlara məcburi test etdirmək mümkündürmü? Qanunvericilik buna imkan tanıyırmı?
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan infeksionist Mərdan Əliyevin sözlərinə görə, əsasən meymunçiçəyi xəstəliyinə cinsi yolla yoluxma baş verir.
Onun sözlərinə görə, insan birbaşa cinsi yolla yoluxmur:
"Cinsi əlaqə zamanı sağlam dəri ilə yaralı dəri təması nəticəsində xəstəliyə yoluxulur. Bəzi ölkələrdə test təcrübələri var. Ölkədən çıxanları, ölkəyə qayıdanları yoxlayırlar. Burada da bunu etmək mümkündür. Amma bu, əlavə vaxt, enerji tələb edən bir məsələdir. Həm də qanunda öz əksini tapmalıdır. Lakin nə dərəcədə labüddür, bilmirəm. Onsuz da gedib-gələnlər öz sağlamlıqları üçün fərdi şəkildə bunu etməlidir".
İnfeksionist deyib ki, insan özü ehtiyatlı olsa, meymunçiçəyi xəstəliyindən qorunmaq çox asandır:
"Çünki şəxsin kənardan asanlıqla xəstə olduğu bilinir. HİV cinsi əlaqə yolu ilə ötürülən xəstəliklərdən biridir. Burada da müəyyən qaydalara riayət etməklə qorunmaq olur. Məsələn, Hepatit B, bakteriya xəstəlikləri də var ki, bu da cinsi yolla yoluxur. Amma bunlar o qədər də təhlükə törətmir, müalicədən sonra da asanlıqla sağala bilir. Testə gəldikdə isə, bunun üçün qanunda dəyişikliklər olunmalıdır. Bunun nə qədər önəmli olacağını bilmirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
XƏBƏR LENTİ
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz





