Dünya

Özünü oğlan kimi göstərib rəfiqəsinin 190 minini mənimsədi

25 Yanvar 2025 00:26
Baxış: 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə bir qadın özünü yaraşıqlı gənc kimi göstərərək yaxın rəfiqəsinin pulunu mənimsəyib.

Milli.Az xəbər verir ki, İngiltərənin Birminhem şəhərində yaşayan 33 yaşlı Sumaiya Xürrəm adlı qadın rəfiqəsinin romantik münasibətə ehtiyacından istifadə edib.

O, özünü yaraşıqlı gənc kimi təqdim edərək dostuna hətta evlənmək vədi verib. 20 ay boyunca davam edən oyunda o, dostundan 52 dəfə ödəniş alıb.

Bununla da Xürrəm dostunun ümumilikdə 90 min sterlinqini (təxminən 190 min AZN) mənimsəyib.

Zərərçəkənin pulu bitəndə Xürrəm yazışmaları yayımlamaq ilə hədələyərək ondan pul tapmasını istəyib. Zərərçəkmiş şübhələnərək şikayət edib və məlum olub ki, dələduz onun dostudur.

Xürrəm məhkəməyə verilərək 3 il 9 ay həbs cəzasına məhkum edilib. (Publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.