Ölkə

Nobel laureatı Əziz Sancara "Türk Dünyasının Mədəniyyət Səfiri" fəxri adı verilib - FOTO

22 Yanvar 2025 21:05
Baxış: 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Şimali Karolina ştatının paytaxtı Roli şəhərində, Nobel mükafatı laureatı, türkiyəli və amerikalı alim, professor, akademik , doktor Əziz Sancara "Türk Dünyasının Mədəniyyət Səfiri" fəxri adının təqdimat mərasimi keçirilib.

Milli.Az "TÜRKSOY"a istinadən xəbər verir ki, fəxri ad TÜRKSOY Daimi şurasının Şuşada keçirilən 40-cı iclasında qəbul olunmuş qərara əsasən təqdim olunub.

19 yanvar 2025-ci ildə Sancarr Əziz və Qven Sancər Fondunun Şimali Karolinadakı Mədəniyyət Mərkəzində baş tutan təqdimatda baş katib Sultan Rayev bildirib ki, "Türk Dünyasının Mədəniyyət Səfiri" fəxri adı TÜRKSOY daimi şurasının nazirlərinin yekdil qərarı əsasında təqdim olunub.

Nitqlə çıxış edən baş katib Sultan Rayev professor Əziz Sancarın Türk dünyasının fəxri və ilham mənbəyi olduğunu vurğulayıb:

"Cənab Əziz Sancar, siz yalnız alim deyil, həm də türk dünyasının ümumi şüurunu, elmi dühasını əks etdirən dəyərli bir şəxsiyyətsiniz. Sizin bütün bəşəriyyətə Nobel mükafatı qazandıran tədqiqatlarınız təkcə elmi uğurları deyil, həm də türk mədəniyyətinin dəyərlərini əks etdirən təvazökarlıq və zəhmətkeşlik nümunəsidir. Sizin köklərinizə bağlılığınız və dünya səviyyəsində əldə etdiyiniz nailiyyətlər bizim hamımız üçün motivasiya mənbəyidir. Bu fəxri ad sizə sadəcə təşəkkür deyil, o bütün Türk dünyası adından edilmiş təşəkkürdür. TÜRKSOY ölkələri adından sizə bu adı təqdim etməkdən böyük şərəf duyuruq".

Professor Əziz Sansar "Türk Dünyasının Mədəniyyət Səfiri" adının həyatında qəbul etdiyi ən böyük mükafatı olduğunu vurğulayıb. O, bu adın onun üçün Nobel mükafatından da dəyərli olduğunu diqqətə çatdırıb:

"Bu mükafat mənim üçün istənilən başqa mükafatdan daha dəyərlidir. Mən bunu arzulayırdım. TÜRKSOY çox dəyərli bir təşkilatdır və mən, onun bizi bütün dünyada təmsil edəcəyinə ümid edirəm".

Öz nitqində Əziz Sancar Türk dünyasının birləşmək planında tarix boyunca çətinliklərlə üzləşməsindən söz açıb:

"Tarixdə türk tayfaları uzun müddət bir-birindən ayrı qalıb. Lakin bu gün birlikdən danışa biliriksə, bu, türk şüuru olan dövlət başçılarımızın və TÜRKSOY kimi təşkilatların böyük töhfəsi sayəsindədir".

Professor Əziz Sancar uşaqlıqdan türkçülük ruhunda böyüdüyünü vurğulayıb:

"Mən hələ səkkiz yaşında olanda anladım ki, Türkəm. Mən Türk dünyasının birliyini və türkçülük prinsiplərini anlamaqla böyümüşəm".

Türkmənistandan başqa bütün müstəqil türk dövlətlərində olduğunu deyən professor, hal-hazırda Türk dünyasında türkçülüyü dərketmənin və qonaqpərvərliyin çox güclü olduğuna diqqət çəkib.

"Mən uğurlu aliməm, amma uğurlu alimlərin sayı həddən ziyadə çoxdur. Bacı və qardaşlarım hər səfərində məni doğmaları kimi qəbul edirdilər. Mən əcdadlarımızın torpaqlarında türk birliyini hiss etdim və Türk dünyasında dərk edilmiş türkçülüyün şahidi oldum. Bu məni sonsuz dərəcədə sevindirdi", - o bildirib.

Tədbirin sonunda baş katib Sultan Rayev professor Əziz Sancara Türk dünyasının birliyini və zəngin mədəniyyətini əks etdirən qiymətli hədiyyələr təqdim edib. Hədiyyələr arasında Qazaxıstandan kaftan, Qırğızıstandan kalpak, Özbəkistandan milli kəmər, Türkiyədən canavar başı olan əsa, Azərbaycandan Qarabağ zəfərinin rəmzi sayılan - Xarı-Bülbül təsvirli döş nişanı və Türkmənistandan Məhtimqulu Fəraqinin xüsusi nəşri yer alıb. Verilən hədiyyələrə görə təşəkkür edən Əziz Sancar bildirib:

"Bu hədiyyələr - Türk dünyasında birliyin və həmrəyliyin rəmzidir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.