Ölkə

Bakıda məşhur iş adamı həbs olundu

21 Yanvar 2025 21:47
Baxış: 1 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir nəfərin adına 40 şirkət açaraq dövlət büdcəsindən 10 milyon manata yaxın vəsaiti yayındırmaqda ittiham olunan sahibkar həbs edilib.

Milli.Az xəbər verir ki, sahibkar Bahəddin Qarakedəyev mütəşəkkil dəstəyə rəhbərlik etməklə milyonlarla manatı vergidən yayındırmaqda ittiham edilib.

Onlar dəstənin bir üzvünün adına 40-a yaxın şirkət açdırmaqla 9121670,62 manat məbləğində vergini dövlət büdcəsinə ödənilməsindən yayındırıblar.

Bahəddin Qarakedəyev və dəstənin digər üzvlərinə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi açılıb və onlar həbs ediliblər.

Qeyd edək ki, 2012-ci ilin yanvar ayında Bahəddin Qarakedəyev rəhbəri olduğu "ARTS" tikinti materialları alqı-satqı şirkətinin xəzinədarı Mərdan Xankişiyev içərisində 20 min manat olan əl çantasını onun əlindən alaraq qaçması ilə gündəmə gəlmişdi. Hadisəni törətdikdən bir gün sonra Mərdan Xankişiyev həbs edilmişdi. (Qaynarinfo.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.