Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş - Atası danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Salyanda dekabrın 18-də itkin düşmüş 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qətli ilə bağlı bəzi detallar məlum olub. Qətlə yetirilən şəxs rayonun Yenikənd kəndinin sakinidir.
Milli.Az xəbər verir ki, Yenikənd kəndinin bələdiyyə sədri Məsabə Abasov Teleqraf.com-a bildirib ki, hadisəyə görə polis tərəfindən saxlanılan R.Hüseynovun həyat yoldaşı Mətanət Hüseynova 15 il əvvəl ailə qurmaq üçün ona qoşularaq qaçıbmış: " Yeniyetmə yaşında 2 oğlan, 1 qız övladları var. Bu ailə uzun illərdir ki, müxtəlif fermalarda çobanlıq edir. Bu səbəbə onlar Yenikənddə xeyli vaxtdır yaşamırdılar".
Bələdiyyə sədrinin sözlərinə görə, R.Hüseynov həyat yoldaşını tez-tez döyüb təhqir edirmiş: "Yazıq gəlin neyləsin? Əri hər gün ona işgəncə verirdi. Yəqin canını qurtarmaq üçün hadisəni törədib".
İddialara görə, Röyal Hüseynov içki və narkotik istifadəçisi olduğu üçün ailədə mütamadi olaraq münaqişələr baş verirmiş. 15-20 gün bundan əvvəl kənddə Röyalın evdən silah və pul götürərək quş ovlamağa getdiyi və geri qayıtmadığı haqda məlumat yayılıb. Bundan sonra axtarışlar başlayıb.
Qətli törətməkdə ittiham edilən Mətanət Hüseynova Neftçala Rayon xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır. F.Salmanov sayta açıqlamasında bildirib ki, qızından və onun ailəsindən uzun müddətdir xəbəri yoxdur: "Mən onları 15 ildir ki, görmürəm. Onların harada yaşadıqlarını belə bilmirəm. Qızımın arxasınca getmək fikrim yoxdur. Mənim işim-gücüm var. Qanun var, qayda var. Dövlətin qurumları hər şeyi aydınlaşdıracaq. Kimin nə günahı varsa, qərar verəcək. Mən heç nəvələrimi də görməmişəm. Heç bu gündən sonra da görmək niyyətim yoxdur. Səbəbi barədə heç nə deməyəcəyəm. Çünki səbəb yoxdur".
Qeyd edək ki, 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.
Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı cinayət işi başlanıb, Mətanət Hüseynova saxlanılaraq istintaqa təhvil verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
XƏBƏR LENTİ
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi





