Ölkə

Məktəblilərin ölümünə səbəb olan sürücüyə hökm oxundu - FOTO

6 Yanvar 2025 14:25
Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada sərxoş halda və sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə 3 məktəblini vuran şəxsin məhkəməsi başa çatıb.

Milli.Az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1989-cu il təvəllüdlü Emin İbrahimova hökm oxunub.

Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinən şəxsə 8 il 6 ay həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, E.İbrahimov hadisə vaxtı yüngül dərəcəli sərxoşluq halında olub. O, ifadəsində bildirib ki, idarə etdiyi "Mercedes" markalı avtomobildə texniki nasazlıq olub və hadisə bu səbəbdən baş verib.

Xatırladaq ki, hadisə ötən ilin fevralında saat 13:00 radələrində Zaqatala rayonu Göyəm kəndində qeydə alınıb. E.İbrahimov sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi "Mercedes" markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə dərsdən çıxıb yol kənarı ilə evə gedən 5-ci sinif şagirdlərini vurub.

Nəticədə, azyaşlılardan 2013-cü il təvəllüdlü Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə ağır xəsarətlər alıb. /"qafqazinfo"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.