Amerikalı aktrisa-model Meqan Markl və şahzadə Harri qalmaqallı iddia ilə gündəmə gəlib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisanın atası Tomas və ögey bacısı Samanta uşaqları Archie və Lilibeti Meqanın dünyaya gətirmədiyini deyiblər.
İddiaya görə, Meqan və şahzadə uşaqlar üçün surroqat anadan istifadə edib.
Marklın ögey bacısı Samanta jurnalist Don Vuttona "əgər onlar surroqat anadan istifadə ediblərsə, bunu etiraf etməlidirlər", - deyib.
Qeyd edək ki, cütlüklə bağlı bu iddialar 5 il əvvəl də yayılmışdı.
Milli.Az