Siyasət

Prezident: Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq

7 Yanvar 2025 22:37
Baxış: 391

Ümid edirik ki, bu il biz AÇG-də "Dərin Qaz" layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.

"Bununla belə, "Şahdəniz"in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz "Abşeron"da qaz hasilatının 1,5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq", - deyən dövlətimizin başçısı əlavə edib ki, bununla yanaşı, "Qarabağ", "Babək", "Asiman" və digər yataqlar kimi çox perspektivli layihələr var. Bu, potensialımızı artıracaq.
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.