Ölkə

Lalə Şövkətdən gözlənilməz qərar

1 Yanvar 2025 23:05
Baxış: 1 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

zərbaycan Liberal Partiyasının onlayn qurultayı keçirilib. 

Milli.Az unikal-a istinadən xəbər verir ki, qurultayda partiyanın Nizamnaməsinə əlavələr edilib,  professor Lalə Şövkət ALP-nin lideri, Əvəz Temirxan isə yenidən partiyanın sədri seçib.

Bundan başqa, partiyanın 24 iyun 2024-cü ildə keçirilmiş Qurultayının ALP-nin fəaliyyətini "Siyasi partiyalar haqqında" Qanunun 8.1. və 8.6. maddələri qaydasında dayandırmaq müddətini 31.12.2024-cu ildən başlayaraq 31.01.2029-cu ilədək, ölkədə Milli Məclisə növbədənkənar deputat seçkiləri keçirildikdə isə dövlət orqanlarını həmin günü elan etdiyi günədək və ya növbəti Qurultayın partiya fəaliyyətini bərpa edilməsi haqqında təyin etdiyi günədək uzadılması haqqında qərar qəbul edib.

Xatırladaq ki, partiya ötən ilin iyul ayında fəaliyyətini dayandırdığını bəyan etmişdi.

Qeyd edək ki, bir müddət əvvəl Lalə Şövkətin hərəkət qabiliyyətini itirdiyinə dair oğlu tərəfindən açıqlama verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.