Ölkə

Qaradağda yol qəzasında xəsarət alanlar hospitalizasiya olunur - TƏBİB - YENİLƏNİB

4 Yanvar 2025 14:10
Baxış: 1 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

******
​14:10

Qaradağda baş verən yol qəzası ilə əlaqədar əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, 2025-ci il yanvarın 4-də saat 10:40 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Dərhal hadisə yerinə briqada cəlb olunub.

Xəsarət alan iki nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunur.

Bir nəfərə isə stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub.

******
12:55

Bu gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 24-cü kilometrində sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Bu barədə Milli.Az-a Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.

Məlumata əsasən, "Baku Bus" avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 qeydiyyat nişanlı "Volvo" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtobusda olan bir nəfər sərnişin həyatını itirib, iki nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Trend-ə bildirilib ki, qəza edən avtobus Sahil qəsəbəsini "Sahil" metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.