Ölkə

Nazir: Son qərar sabah və ya yaxın günlərdə veriləcək

26 Dekabr 2024 06:27
Baxış: 1 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bildiyiniz kimi, Bakıdan Qroznu şəhərinə uçan təyyarə Aktau şəhərində məcburi eniş etmək barədə qərar qəbul edib. Eniş edərkən, təyyarə hələlik bəlli olmayan səbəblərə görə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan vətəndaşlarımız, eyni zamanda Rusiya, Qırğızıstan vətəndaşları arasında ölüm halları baş verib".

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə hadisə yerində 29 nəfər insanın həyatını xilas etmək mümkün olub.

"Hazırda fövqəladə hallar naziri ilə birgə Qazaxıstandan qayıdırıq. Orada Azərbaycan vətəndaşlarına və digər sərnişinlərə baş çəkdik. Cənab Prezidentin tapşırığı ilə onların vəziyyəti ilə maraqlandıq. Onların bəziləri özləri hərəkət edə bilirlər. Həkimlərin gəldiyi qənaətlə biz onları özümüzlə qaytarmamaq qərarına gəldik. Həkimlər nə zaman qərar verərsə, onlar özləri qayıdarlar. Eyni zamanda reanimasiyada olan xəstələrimiz var ki, onların da müalicəsi Qazaxıstandan olan və Azərbaycandan ezam olunmuş həkimlər tərəfindən nəzarətə götürülüb. Bu gün həlak olanların gətirilməsi ehtimalı yoxdur. Araşdırma aparılır. Son qərar sabah və ya yaxın günlərdə veriləcək. Qara qutular tapılıb. Qanunvericiliyə uyğun olaraq, onların araşdırılması aparılacaq"./APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.