Milli Məclisin deputatı Nizami Səfərov 17 dekabr tarixində "Neokolonializmin müasir praktikaları ilə mübarizə tərəfdarları" Forumunun Daimi Komitəsinin üzvü qismində qeyd edilən qurumun nəzdində yaradılmış Ekspertlər Şurasının keçirdiyi beynəlxalq konfransda iştırak etmişdir.
Tədbirdə geniş beynəlmiləl tərkibdə dekolonizasiya prosesinin müxtəlif aspektləri, suveren dövlətlərə qarşı yeni neokolonial təzyiq vasitələrinin və hibrid təhdidlərin qarşısının alınması, neokolinializmlə mübarizədə beynəlxalq huququn preventiv potensialından istifadə edilməsi, kolonial əsarətdən əziyyət çəkən və öz müqəddaratını hələ də təyin edə bilməyən ərazilərin suveren dövlət statusu əldə edilməsi məsələləri müzakirə predmeti olmuşdur.
Deputat Nizami Səfərov çıxışında dekolonizasiya prosesinin hüquqi aspektləri, kolonial dövrü yaşamış xalqlara reparasiyaların verilməsi, tarixi hadisələrin saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, Azərbaycanın kolonial asılılıqda olan xalqlara ciddi dəstəyi barədə məlumat vermişdir.
Milli.Az