Bakı-Balakən qatarının işə salınmasına sayılı günlər qalıb.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-in sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, yaxın günlərdə ilk qatarın fəaliyyətə başlamasının tarixini açıqlayacağıq.
"Bir sıra işlər tamamlanıb. İnfrastruktur hazırlığı bitib", - sədr əlavə edib.
Milli.Az