Heydər Əliyevin ən sevdiyi musiqi - "Azərbaycan"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümummilli lider Heydər Əliyevin rəhbər vəzifələrdə çalışdığı bütün dövrlərdə Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və sevgi heç zaman azalmayıb. Prezidentliyi dövründə belə onu tez-tez teatrlarda, muzeylərdə, bəstəkar, yazıçı və digər mədəniyyət xadimlərinin ev muzeylərində, yubleylərində görmək mümkün idi. Azərbaycan mədəniyyəti ilə iç-içə olan Heydər Əliyevin tez-tez musiqi dinləməsi, musiqiçilərin əhatəsində olması və zaman - zaman sevdiyi mahnıları zümzümə etməsi də xüsusi diqqət çəkirdi.
Ümummilli liderin ən çox sevdiyi musiqiləri araşdırıb. Heydər Əliyevin ən çox sevdiyi musiqilər xalq mahnıları və Tofiq Quliyevin bəstələri olub. Tofiq Quliyevin Nəbi Xəzrinin "Azərbaycan" şeirinə bəstələdiyi eyniadlı mahnı isə Heydər Əliyev üçün əvəzedilməz musiqiyə çevrilib. Bu sevgi və dəyəri 1997-ci ildə Heydər Əliyev Sarayında keçirilən Tofiq Quliyevin 80 illik yubley mərasimində Ulu öndərin çıxış və xatirələrindən də duymaq mümkündür.
Yubley tədbirinin sonunda çıxış edən Heydər Əliyev nitqinə bəstəkara yazdığı məktubla başladıqdan sonra Tofiq Quliyevi ad günü münasibətilə təbrik edib.
"Bugünkü bu mərasim sənin üçün bəlkə azdır. Sən bundan da böyük şöhrətə və hörmətə layiqsən. Azərbaycan xalqı 60 ildir ki, sənin mahnılarının təsiri altında yaşayır. Sənin mahnıların bizim xalqımıza, təkcə bizim xalqımıza yox, bəşəriyyətə, dünyaya böyük töhfədir. Sənin mahnıların, musiqin bizim xalqımıza sevinc gətirir, ilham verir, hər bir insan üçün yaşamağa, yaratmağa güc verir. Musiqi ümumiyyətlə, insan üçün çox əziz olan bir sənət nümunəsidir. Musiqinin hər bir sahəsi həmişə insanlar tərəfindən sevilibdir. Ancaq mahnı, şərqi insanlara daha yaxın olubdur. Opera musiqisini, simfonik musiqini bir çox adamlar qəbul edir, ancaq o hamıya çatmırsa, amma mahnı və xüsusən sənin kimi bəstəkarın mahnıları demək olar ki, insanları - kiçikdən böyüyə qədər, qadını da, kişini də, hamını sevindirir və hamıya təsir edir. Ona görə də mahnı daim yaşayır. Tofiq, sən fəxr edə bilərsən ki, 80 yaşını belə gümrah, sağlam, gözəl şəraitdə keçirirsən. Sən bundan sonra da yaradacaqsan, yazacaqsan, bizi sevindirəcəksən, yeni-yeni mahnılar, musiqilər yaradacaqsan. Mən sənə can sağlığı arzu edirəm. Sənə yeni yaradıcılıq uğurları arzu edirəm. Biz hamımız bu dünyadan gedəcəyik. Ancaq mahnı, musiqi yaşayacaq. Tofiq Quliyevin mahnıları, musiqisi daim yaşayacaqdır. Eşq olsun musiqiyə! Eşq olsun incəsənətə! Yaşasın Tofiq Quliyev!".
Təbrikinin ardından Heydər Əliyev Tofiq Quliyevlə bağlı maraqlı xatirələrindən də danışıb.
"Milli Təhlükəsizlik sistemində çalışırdım. Tez-tez Tofiq Quliyevin təşkil etdiyi caz konsertlərinə gedirdim, bəzən hərbi geyimdə olduğuma görə musiqiçilər məndən çəkinirdi. Hətta onlar mənim gəlişimə başqa cür baxırdılar, elə bilirdilər ki, onları izləmək üçün bura göndəriblər. Əslində isə belə deyildi, caz sənətinə sevgim məni bu konsertləri dinləməyə aparırdı. Sistem işçisi olduğuma görə çox vaxt konsertlərə gələ bilmirdim. Gələndə də çalışırdım ki, eşidə bilmədiyim caz musiqilərini dinləyim. Bir gün kollektivin rəhbəri Tofiq adlı gənci çağırıb, özümü təqdim etdim. Dedim ki, məndən çəkinməyin. Naxçıvanda caz təzə-təzə səslənir, mən caza, caz musiqisinə vurulmuşam. Simfonik musiqinin öz yeri var, caz musiqisi isə bir başqa aləmdir. Hər kəs cazı duyub qavraya bilməz! Həmin Tofiq dediyim gənc bu gün dünya səviyyəsində tanınan, dünyanı sənəti ilə fəth edən Tofiq Quliyevdir. Zərifə xanımın fortopiano arxasına keçib Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısını ifa etməsi hafizəmdən çıxmır, Zərifə xanım bu mahnını özünəməxsus tərzdə ifa edirdi. Mən Tofiq Quliyevi o illərdən tanımışam və onu özüm üçün kəşf etmişəm, Azərbaycana rəhbərlik etdiyim illərdə həmişə sevdiyim bəstəkara diqqət göstərmişəm. Üzeyir Hacıbəyovdan sonra Tofiq Quliyev, maestro Niyazidən sonra Rauf Abdullayevimiz var. Onu da deyim ki, Tofiqin mahnıları o qədər gözəldi ki, hətta mən də yeri gələndə zümzümə edirəm. Tofiq Quliyev Azərbaycan bəstəkarlıq və caz musiqisi məktəbini quranlardan və inkişaf etdirənlərdən biridir. Tofiq Quliyev dünya miqyaslı bəstəkardır, əsərləri dünyanı gəzir. Simfonik əsərləri, suitaları, rapsodiyaları və bəstələri maraqlı, məzmunlu və süjetlidir. Azərbaycan Tofiq Quliyevin əsərlərində daha vüqarlı, qürurlu, qüdrətlidir. Tofiq Quliyevin yaşaması bizim musiqimizin yaşaması deməkdlr. Onun hər bir bəstəsi Azərbaycanı tərənnüm edir və azərbaycançılığımıza xidmət edir. Tofiq Quliyevin Nəbi Xəzrinin sözlərinə bəstələdiyi "Azərbaycan" mahnısı Azərbaycana həsr olunan, onu tərənnüm edən mahnıların tacıdır. Hər dəfə bu mahnıya qulaq asanda azərbaycanlı olmağımla haqlı olaraq fəxr edir, öyünürəm". /Modern.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
XƏBƏR LENTİ
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Qaxda 7 kiloqramdan artıq narkotik aşkarlandı: İki nəfər saxlanıldı
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik





