Ölkə

Masazırda vətəndaşlar təxliyə olundu - VIDEO

9 Dekabr 2024 15:03
Baxış: 1 346
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, daxil olan məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.