Azərbaycanda kişilər arasında cinsi zəiflik halları artıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər kişilər arasında cinsi zəifliyin artması səhiyyə sahəsində aparılan müzakirələrdə xüsusi yer tutur. Avropa Cinsi Sağlamlıq Araşdırmaları Təşkilatının məlumatına görə, son dövrlər 1990-cı illərlə müqayisədə cinsi zəiflik halları 20%-dən çox artıb. Bu artım stress, qeyri-sağlam həyat tərzi və ətraf mühitin təsirləri ilə əlaqələndirilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2022-ci il hesabatına görə, dünyada 40 yaşdan yuxarı kişilərin təxminən 15%-ində erektil disfunksiya müşahidə edilir. Bu rəqəm 70 yaşdan yuxarı kişilər arasında 50%-dən çoxdur.
Azərbaycanda cinsi zəiflik barədə dəqiq statistik məlumatlar olmasa da, yerli androloqlar və uroloqlar problemin artdığını bildirirlər.
Mövzu ilə bağlı Modern.az-a danışan androloq Timurçin Məhərrəmbəyli bildirib ki, cinsi zəiflik, cinsi fəaliyyət aktının az olması, erkən boşalma qlobal mövzudur. O qeyd edib ki, sözügedən problem ölkəmizdə də geniş yayılıb.
"Bizə müraciət edən xəstələrin sayı gündən-günə artmağa davam edir. Cinsi zəifliyin ən başlıca faktorları, təbii ki, psixoloji gərginlik, stres kimi vəziyyətlərdir. Bunlardan əlavə bu şikayətlə gələn pasiyentlərin əksəriyyətində aktiv olaraq tütün məmulatlarından, alkoqollu və energetik içkilərdən istifadə müşahidə olunur. Digər səbəblərdən biri də ən çox gənc nəsil arasında yayılan cinsi infeksiyalardır. Bu səbəblərin hamısı cinsi zəifliyə, erkən boşalmaya təsir edən ən böyük faktorlardır".
Onun sözlərinə görə, bu problemləri aradan qaldırmağın müxtəlif yolları mövcuddur:
"Ən başlıca iş və şəxsi həyatda mütləq dəyişikliklərə getmək lazımdır. Stresdən uzaq durmaq, normal qidalanmaq, yuxu rejimini qaydaya salmaq lazımdır. Tütün məmulatları, alkoqollu və energetik içkilərdən istifadə minimuma endirilməlidir. Bunlarla yanaşı cinsi infeksiyaların yoxlanılması, üçün dövri yoxlamalar olmalıdır. Həkim müayinəsindən sonra xəstəyə uyğun olaraq dərman müalicəsi, pəhriz və bəzi idman hərəkətləri məsləhət görülür".
Müsahib qeyd edib ki, burada idman dedikdə yalnız idman zalına getmək nəzərdə tutulmur:
"Eyni zamanda, gündəlik yürüşlər, gecə yürüşləri edilməlidir. Gündəlik həyatda aktiv hərəkətin təbii ki, cinsi zəifliyin və erkən boşalmanın müalicəsində böyük rolu var. Tək bunlara əməl etməklə problem aradan qalxmır, əlavə olaraq dərman müalicəsinin edilməsi də məsləhət görülür. Əsas problemi aradan qaldırmaq üçün isə səbəbi aradan qaldırmaq lazımdır. Fərdə görə səbəblər dəyişir. Biz, hətta cavan şəxslərdə bu problemlərə rast gəlirik. Pasiyentin 18-20 yaşı var, cinsi fəaliyyətə yeni başlayır, amma bu problemi yaşayır. Araşdıranda görünür ki, şəxs mütəmadi olaraq tütün məmulatlarından istifadə edir, iş rejimi gərgindir, yuxusuz qalır, yaxud da idmanla məşğul olmur. Bunlar hamısı bu problemə təsir edən faktorlardır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı - (Video)
-
“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
-
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
XƏBƏR LENTİ
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı - (Video)
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
-
“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
-
Qaxda 7 nəfər göbələkdən zəhərləndi
-
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Fazil Əliyev vəfat etdi
-
Zelenski Türkiyədə səfərdədir
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Türkiyədə zəlzələ oldu
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında





