Torpaq sahəsini bir neçə adama satanların qarşısını necə almaq olar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kirayədən canını qurtarıb özünə ev tikdirmək istəyən aktyor Tahir İsmayılov 18 500 AZN-dən də olub. Bu barədə Real Tv-də videomaterial nümayiş olunub.
Tahir İsmayılov qeyd edib ki, Binəqədi rayonundan aldığı torpağa görə ona verilən rəsmi sənəddə 400 kvadratmetrin ona aid olduğu qeyd edilib. Lakin sonradan torpağın başqa adama satıldığı ortaya çıxıb. Aktyor torpağı 18 500 AZN-ə Xəyal adlı şəxsdən alıb. Ona pulun hamısını ödədikdən sonra Binəqədi bələdiyyəsinə yaxınlaşaraq hüquqşünas Namiq Kazımovdan bu saxta torpaq sənədini alıb. Bundan sonra torpağın qanuni sahibi olan Tahir Həsənov aktyora etibarnamə verib ki, torpaqda tikinti aparsın.
Tahir İsmayılov tikintiyə başladıqda isə ona icazə verilməyib. Ona bildirilib ki, bu torpağı Binəqədi bələdiyyəsinin hüquqşünası Namiq Kazımov başqa adama da satıb. Beləcə aktyorun pulu əlindən alınıb və ona saxta sənədlə oyun qurulub.
Xatırladaq ki, Tahir İsmayılov Gənc Tamaşaçılar Teatrının aktyorudur və 30 ildən çoxdur ki, ortada fəaliyyət göstərir.
Təəssüf ki, bu ilk belə hal deyil. Bəs bir torpaq sahəsini 3 adama satan şəxslərin, saxta sənəd verən bələdiyyələrin fırıldaqçılığı niyə bitmir? Məhkəməyə müraciət etsə, aktyorun öz pulunu geri alması mümkündürmü? Belə tələlərə düşməmək üçün vətəndaşlar nə etməlidir?
Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı "Yeni Müsavat"a açıqlamasında deyib: "Bir hüquqşünas kimi dəfələrlə vətəndaşlara tövsiyə edirəm ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan torpağı və ya mənzili almayın. Çünki belə əmlaklar mülkiyyət hüququnu təsdiq etmir. Hətta ola bilər ki, həmin daşınmaz əmlak bir neçə şəxsə satılıb. Bələdiyyələr və tikinti şirkətləri də tez-tez bu cür hallara yol verir. Məsələn, yeni tikilən binalarda bir mənzilin bir neçə nəfərə satılması adi hala çevrilib.
Ona görə də biz ekspertlər vətəndaşlara çağırış edirik: dövlət reyestrindən çıxarışı olmayan daşınmaz əmlakı almayın. İnsanlar adətən düşünür ki, belə bir hadisə onların başına gəlməz. Amma artıq problem baş verdikdə, çox gec olur. Pulun geri qaytarılması isə demək olar ki, mümkün deyil. Çünki belə hallarda məsuliyyətə cəlb edilən şəxslər adətən işin əsl təşkilatçıları olmur.
Bu cinayətləri törədən şəxslər böyük məbləğdə pullar qazanır, milyonlarla manat əldə edirlər. Daha sonra formal olaraq cinayət məsuliyyətinə cəlb edilir, məhkəmədə bir neçə illik həbs cəzası alırlar. Ancaq həbsdə belə qazandıqları pulların bir hissəsi ilə lüks şəraitdə yaşayırlar və azadlığa çıxdıqdan sonra da fəaliyyətlərini davam etdirirlər.
Əslində, həbs olunan şəxslər bu işləri həyata keçirənlər deyil, formal vəzifəyə təyin olunan və sonra qurban edilən şəxslərdir. Faktiki olaraq bu işlərin əsas təşkilatçıları bələdiyyə rəhbərliyi və tikinti şirkətlərinin əsl sahibləridir.
Bu halda vətəndaşın pulunu geri almaq ehtimalı isə çox aşağıdır. Çünki pulu götürən şəxslər çoxdan həmin vəsaiti mənimsəyiblər və hətta pul uğrunda həbsxanaya getməyə belə hazırdırlar.
Beləliklə, Azərbaycanda kifayət qədər çıxarış olmayan daşınmaz əmlaklar var, ona görə də bu cür hadisələrlə tez-tez rastlaşırıq. Bütün sivil ölkələrdə, Avropada bu məsələnin vahid qaydası var - daşınmaz əmlakın çıxarışı olur və bu çıxarış əsasında alınır. Bizdə də qanunda bu cürdür, lakin ona riayət olunmur, bilərəkdən vətəndaşları bu vəziyyətə salırlar".
Beləliklə, ekspertlər qeyd edir ki, vətəndaşlar torpaq alqı-satqısı zamanı diqqətli olmalı və aşağıdakı addımları atmalıdır:
Bələdiyyədən və ya satıcıdan torpağın hüquqi statusunu yoxlamaq: Satışa çıxarılan torpağın mülkiyyət sənədləri, qeydiyyatı və onun üçüncü şəxs tərəfindən tələb edilə biləcəyi vəziyyətlər araşdırılmalıdır.
Dövlət Reyestr Xidmətindən məlumat almaq: Torpaq üzərində hər hansı məhdudiyyətin və ya üçüncü şəxslərin iddiasının olub-olmadığını yoxlamaq vacibdir.
Hüquqi məsləhət almaq: Əmlakın hüquqi vəziyyətini peşəkar hüquqşünaslar vasitəsilə yoxlatdırmaq tələlərdən qorunmağa kömək edir.
Sənədləri diqqətlə oxumaq: Hər hansı müqavilə və ya sənəd imzalanmazdan əvvəl onun məzmunu tam anlaşılıb və təsdiq edilməlidir.
Əmlak hüququ üzrə mütəxəssislər qeyd edir ki, bu kimi halların qarşısını almaq üçün ilk növbədə, qanunvericilikdəki boşluqların aradan qaldırılması və bələdiyyələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi vacibdir. Ekspertlər həmçinin vətəndaşların hüquqi savadlılığını artırmaq üçün maarifləndirmə kampaniyalarının keçirilməsini təklif edir. Onların fikrincə, həm alıcılar, həm də bələdiyyələr daha şəffaf və məsuliyyətli olmalı, hər iki tərəfin öhdəlikləri və hüquqları qanuni çərçivədə qorunmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
XƏBƏR LENTİ
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir





