Ölkə

Qanunsuz yolla dərman vasitələrini Azərbaycana keçirmək istədilər - FOTO

26 Noyabr 2024 18:26
Baxış: 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Milli.Az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirirlib ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda-ümumilikdə 7565 ampula, 1781 flakon, 10207 konvolyut dərman və 284 ədədi birdəfəlik tibbi vasitə, 34 paket, 1238 şpirisdən (iynə) ibarət tibbi vasitələr aşkar edilərək götürülüb.

Həmin dərman vasitələrinin Bakı və Sumqayıt şəhərlərində yerləşən apteklərə paylanılaraq satışa çıxarılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.