Artıq nikaha onlayn formada girmək mümkün olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətəndaşlar artıq "mygov" tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını qeydiyyata ala bilərlər. Bəs proses necə aparılır?
Milli.Az Baku.tv-yə istinadla xəbər verir ki, nikaha daxil olacaq vətəndaşlar əvvəlcə tibbi müayinədən keçməlidirlər. Müayinədən 14 gün sonra qan analizinin nəticələri avtomatik olaraq "mygov" platformasına yüklənir və istifadəçilər nikah qeydiyyatına müraciət etməyə başlamaq barədə bildiriş alırlar. Daha sonra "mygov" tətbiqində "Həyat hadisələri" bölməsində yer alan "Ailə qurmaq" seçimini və ya "Xidmətlər" bölməsindən "Nikahın qeydiyyata alınması" xidmətini seçirsiniz.
Bununla da sistem hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra FİN və təsdiq kodları ilə qeydiyyat ekranı açılacaq. Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək, nikah qeydiyyatı üçün müraciətini davam etdirir. Nikah sonrası götürüləcək soyadı və şəhadətnamə təhvilalma mərkəzini seçirsiniz, məlumatlarınızı təsdiqləyirsiniz.
30 gün sonra xidmətin statusunun dəyişməsi ilə bağlı vətəndaşa bildiriş gəlir. Status "Tamamlanıb" olaraq göründüyü zaman 10 AZN məbləğində dövlət rüsumunu ödəməlisiniz. Şəhadətnaməniz hazır olduqda seçdiyiniz təhvilalma mərkəzindən onu əldə edə bilərsiniz. Nikah haqqında şəhadətnaməni fiziki olaraq aldıqdan sonra vətəndaşlar rəqəmsal formada da "mygov" tətbiqində "Ailə məlumatlarım" hissəsində bu sənədi əldə edə biləcəklər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib (Foto)
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
-
Qəzada xəsarət alan gənc öldü - (Foto)
-
Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib (Foto)
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
-
Qəzada xəsarət alan gənc öldü - (Foto)
-
Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib - (Foto)
-
"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
-
Azərbaycan kubokunda daha 2 komanda 1/8 finala yüksəldi
-
Bahadur Rzayev TƏBİB-in yeni rəhbəri oldu
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Bakıda su aparatlarını sındırıb pulları oğurladılar - Saxlanılanlar var - (Video)
-
"Qarşıma şərt qoydu, mən də ailəmi seçmədim" - Nahidə Orucova
-
Ramzan Kadırov telefonunun ekranındakı şəkli göstərdi - (Foto)
-
Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər
-
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır - Böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Şəxsin razılığı olmadan psixiatriya müayinəsi hansı hallarda aparıla bilər?
-
Qonşunu öldürən ər-arvada ağır cəza verildi
-
2026-cı ilin sözü bəlli oldu
-
İstanbulda güclü yağış daşqına səbəb oldu - (Video)
-
Azərbaycanda yeni Komissiya yaradılır
-
Balığın qarnından iPhone 18 çıxdı (Video)





