Bu gün Ağdam Şəhəri Günüdür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Ağdam Şəhəri Günüdür.
Milli.Az-ın məlumatına görə, Ağdam Şəhəri Günü artıq ikinci dəfədir ki, qeyd edilir. Belə ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günü kimi təsis edilib.
Bu əlamətdar günün təsis edilməsi Ağdamın Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - noyabrın 20-si şəhərin erməni işğalçılarından azad edilməsində dörd il ötür.
Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycan tərəfinə təhvil verilib.
Beləliklə, noyabrın 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə olunub.
Xatırladaq ki, 1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etmişdi. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə rayon 5897 şəhid verib. Həmin döyüşlərdə 3531 nəfər əlil olub, 1871 nəfər uşaq valideynlərini itirib. 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.
Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri var. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalası, Cümə məscidi və Şahbulaq məscidi Ağdam rayonu ərazisində yerləşir.
Ağdam işğaldan azad olunduqdan sonra ermənilərin viran qoyduğu, Qafqazın Xirosiması adlandırılan bu şəhərdə bərpa və quruculuq işlərinə başlanılıb. İşğaldan azad olunduğu 4 il müddətində Ağdamda müsbətə doğru çox dəyişiklik baş verib, bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Azərbaycan Prezidentinin və dövlətinin məqsədi Ağdamı regionun ən gözəl şəhərlərindən birinə çevirməkdir. Artıq Ağdam şəhərinin Baş Planı hazırlanaraq təqdim edilib və bu planın həyata keçirilməsi istiqamətində işlər davam etməkdədir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
XƏBƏR LENTİ
-
Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
-
"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
-
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)





