COP29-da dayanıqlılıq çağırışlarına toxunan xalça ekspozisiyaları təqdim olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
11 noyabr tarixindən etibarən Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlığı nəticəsində ərsəyə gələn, dayanıqlı material və boyalardan istifadə etməklə qlobal iqlim çağırışları mövzusunda hazırlanan xalçaların ekspozisiyası tədbir iştirakçılarına təqdim olunub.
COP29 Azərbaycan Əməliyyat Şirkətindən Milli.Az-a verilən məlumata görə, COP29 konfrans məkanı Bakı Stadionunun həm Mavi həm də Yaşıl zonalarında təqdim edilən bu xalçalar ölkəmizin zəngin mədəni irsinin dövrümüzün aktual problemlərinin həlli istiqamətində göstərilən səylərin vəhdətini ifadə edir. Konfransın ideya və çağırışlarına uyğun olaraq tamamilə "yaşıl" və ekoloji cəhətdən zərərsiz boya və təbii yundan hazırlanmış xalçaların hər biri "Azərxalça" ASC-nin Şabran emalatxanasında azərbaycanlı toxucu xanımlar tərəfindən yaradılan əl işidir. Layihə ölkənin ucqar bölgələrindən olan qadın sənətkarlarına iqtisadi dəstəyin təmin edilməsi ilə yanaşı iqlim dəyişmələri ilə bağlı onların hekayələrini sənətkarlıq vasitəsilə paylaşmağa platforma yaradıb.
Bu sənət əsərlərindən biri, "Toxunulmuş zolaqlar" adlanan əsər Professor Ed Houkins-in (Ridinq Universiteti) "Öz zolaqlarını göstər" layihəsindən ilhamlanaraq yaradılıb və 1850-2022-ci illər ərzində orta illik temperaturun kəskin dəyişmələrinin zolaqlar vasitəsilə vizual əks etdirib. Xalçanın təsvirində yer alan Azərbaycan silueti və Bakının simvolik göydələnləri paytaxtın COP29-a ev sahibiliyinin rəmzi interpretasiyasıdır. Xalça dizaynı təxirəsalınmaz fəaliyyət tələb edən qlobal temperatur artımının Azərbaycanın memarlıq möhtəşəmliyi ilə birləşdirilərək insanları iqlim dəyişmələrinin davamlı təsirləri barədə düşündürməyə xidmət edir.
Digər əsər, "Sahildən ilməyə" adlanır və 2024-cü ilin Azərbaycanda "Yaşıl Dünya naminə Həmrəylik İli" elan edilməsinin bədii ifadəsidir. Sudan sahilədək tullantıların səyahətini təsvir edən xalça iki səhnəni ustalıqla qarşılaşdırır: bir tərəfi sakit, təmiz dəniz mənzərəsini, digər tərəfi isə çirklənmənin dağıdıcı təsirini - sahillərdən toplanan tullantıların xalçanın ilmələrinə toxunması vasitəsilə təsvir edir. Xalçanın vizual həlli insan fəaliyyətinin təbiətə vurduğu zərəri vurğulamaqla ekoloji aktivizmin harmonik qarışığını simvollaşdırır. Sənət əsərləri incəsənət və ekoloji təbliğatı birləşdirərək mədəni irsin vacibliyini vurğulamaqla ekoloji maarifləndirməni təşviq edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Muslera karyerasını başa vurdu
-
İmtahan sistemi ilə bağlı yeni təklif: 2-3 fənn kifayət etsin
-
Azərbaycanlı şoumenin milyonluq borcu üzə çıxdı
-
Melonidən Zelenskiyə etiraz: “Artıq bezmişəm”
-
Türkiyədə Atatürkün büstünü oğurladılar
-
Hörmüz boğazında tanker minaya düşdü
-
Bakıda gənc oğlan küçədə bıçaqlandı
-
Ayın 30-da intensiv qar yağacaq - Proqnoz
-
Ağcabədidə məktəb binasında yanğın baş verib
-
Həbs qoyulmuş 3 milyon manat və 6 nəfərin adı: Azinvest-də nə baş verir?
-
"Mançester Yunayted"dən antirekord
-
Azərbaycanda məşhur bank köçürmələr üzrə komissiyanı 2 dəfə artırır
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Valideynlər universiteti bitirənədək övladına aliment ödəyəcək?
-
Hava ilə bağlı son məlumat
-
Rubiyandan Azərbaycanla bağlı açıqlama
-
Spirtli içkidən 32 nəfər öldü - İranda
-
Mayk Lav 85 yaşında vəfat etdi
-
Madriddə 350 illik Osmanlı sənədi tapıldı: Tarixi dəyişə biləcək məktub
-
Başak Gümülcinelioğlu yeni layihədə yer alacaq
-
Bu yollarla ikiqat sürətli arıqlamaq mümkündür
-
XIII turun növbəti görüşləri keçiriləcək
-
Rusiyanın 4 hava limanında məhdudiyyətlər tətbiq edildi
-
Keyptaun kanalizasiya suyundan içməli su istehsal edəcək





