Ölkə

Yağışlardan sonra su anbarlarında vəziyyət necədir? - AÇIQLAMA

28 Oktyabr 2024 12:23
Baxış: 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son iki ildir havaların yağmurlu keçməsi ilə əlaqədar su anbarlarında kifayət qədər artım var.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin baş məsləhətçisi Sarvan Ağayev deyib.

O bildirib ki, adətən, suvarma mövsümünün sonuna anbarlarda su azalsa da, bu il belə olmadı.

"Bu da yağan yağışların və çaylarımızda suyun səviyyəsinin artmasına görədir. Ölkə üzrə ötən ilin eyni dövrü ilə müqayisə etsək, bu il anbarlarda 2,5 milyard m³ su ehtiyatı artıqdır. Hazırda ölkənin ən böyük su anbarları dolub, bəziləri isə dolmaq üzrədir.

Azad edilmiş ərazilərdə isə ən böyük su anbarı olan Sərsəng su anbarına da su toplamışıq. Ötən ilin sentyabrında keçirilən antiterror əməliyyatları nəticəsində azad olunan Sərsəng su anbarında, demək olar ki, su yox idi. Sərsəng su anbarının ümumi su tutumu 565 milyon m³-dir, azad olunduqdan indiyədək burada 400 milyon m³ su ehtiyatı toplanıb. Yay fəslinə qədər isə bu anbarın su ilə tam dolacağı gözlənilir", - deyə o qeyd edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.