Ölkə

Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşüb - VİDEO - FOTO

26 Oktyabr 2024 17:59
Baxış: 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikə səfəri zamanı bir vaxtlar Ümummilli Lider Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhurlaşan mərhum çoban Xanış Şahıyevin ailəsinə baş çəkib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Ümummilli Lider Heydər Əliyevlə Xanış Şahıyev arasındakı səmimi dostluq, Prezident İlham Əliyevlə olan görüşlər xatırlanıb. Heydər Əliyevlə çoban Xanışın dostluğunu əks etdirən, müxtəlif görüşlərdən xatirə olan fotoalboma baxılıb.

Görüşdə, həmçinin ailənin şəhid övladlarının Vətən uğrundakı döyüşləri xatırlanıb.

Qeyd edək ki, Xanış Şahıyevin nəvələri Elgün və Altay qardaşları Vətən müharibəsi zamanı şəhid olublar. Onların əmiləri Camal və Hüseyn Şahıyevlər isə Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.