Ölkə

COP-29 yaxınlaşdıqca Azərbaycana qarşı qarayaxma kampaniyaları artır – Komissiya sədri

21 Oktyabr 2024 11:59
Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COP-29 tədbirinin vaxtı yaxınlaşdıqca ölkəmizə qarşı qarayaxma kampaniyalarının da sayı artmağa başladı.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası tərəfindən "COP29-a qarşı hibrid təhdidlər" mövzusunda keçirilən ictimai müzakirədə komissiyanın sədri Ramid Namazov deyib.

O bildirib ki, Milli Məclis ölkəmizin təhlükəsizliyi və inkişafı naminə Prezident İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasətə daim dəstək verib və verəcək.

"Eyni zamanda Milli Məclis öz səlahiyyətləri çərçivəsində dövlətimizin bütövlüyünə və qanunlarına, milli-mənəvi dəyərlərimizə, beynəlxalq nüfuzumuza və başqa sahələrdə təhdid yaradan hallarla mübarizdə həmişə qətiyyət nümayiş etdirib.

Məlumdur ki, gələn ay Bakı COP-un 29-cu sessiyasına, Paris razılaşmasının tərəflər görüşünün 6-sı sessiyasına ev sahibliyi edəcək. Həm dövlət başçılarının yüksək səviyyədə iştirakı baxımından, həm də iştirakçı sayının çoxluğunu nəzərə aldıqda, dünyada keçirilən ən böyük beynəlxalq konfranslardan olan COP-29-un keçiriləcəyi vaxt yaxınlaşdıqca, ölkəmizə qarşı qarayaxma kampaniyalarının artdığının şahidi oluruq.

Bu gün keçirilən iclasın əsas məqsədi dövlətimizə qarşı aparılan çirkin kampaniyaların kimlər tərəfindən aparıldığını göstərmək, millət vəkilləri və beyin mərkəzlərinin fikirlərini dinləməkdir", - deyə R.Namazov əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.