Ölkə

Anar Yusifoğlunun 50 illik yubileyidir

20 Oktyabr 2024 14:52
Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış jurnalist Anar Yusifoğlu 50 illik yubileyini qeyd edir.

TNS xəbər verir ki, Anar Yusfoğlu 1974-cü il oktyabrın 20-də Yardımlı rayonunun Şıxlar kəndində anadan olub. Anar Yusifoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin bitirib.

O, 1995-1998-ci illərdə ANS Müstəqil Teleradio Yayımları Şirkətində repartyor, şöbə müdiri olub, 1998-1999-cu illərdə "525-ci qəzet"in parlament müxbiri kimi çalışıb.

Anar Yusifoğlu İctimai Televiziya yaranandan orada fəaliyyət göstərir.

Tanınmış jurnalist hələ gənc yaşlarından daim sözün təəssübünü çəkərək püxtələşib. A.Yusifoğlu örnək mahiyyət daşıyan ömür yolu keçib. Onun  analitik məzmunlu məqalələri, telejurnalist kimi parlaq fəaliyyəti gənc jurnalistlər üçün nümunədir.

Yubilyarı təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.