Kriminal

51 yaşlı kişi döyülərək öldürüldü - Keçmiş məhkum saxlanıldı

20 Oktyabr 2024 20:56
Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda kişi öldürülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında şəhərin T.Xəlilbəyli küçəsində rayon sakini olan 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun baş nahiyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi aşkarlanıb.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şüphəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü E.Səmədov saxlanılıb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.