Ölkə

"BakıKart" istifadəçilərinə şad xəbər - VİDEO

19 Oktyabr 2024 06:40
Baxış: 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətəndaşların "BakıKart"dakı hesabları, oradakı vəsaitləri silinməyib. "BakıKart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib.

O qeyd edib ki, bu problem tez-tez təkrarlandığına görə onun köklü həllinə gedilib.

Bundan başqa, mobil tətbiqin yenilənmə prosesində texniki imkanlarının artırılması nəzərdə tutulub.

Sərnişinlər isə ümid edir ki, onların əvvəlcədən ödədikləri vəsaitləri qısa vaxt ərzində geri qaytarılacaq.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.