Ölkə

44 günlük Vətən müharibəsinin xronikası: 11 oktyabr

11 Oktyabr 2024 06:46
Baxış: 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin oktyabrın 11-nə olan xronikasını təqdim edir:

- Prezident İlham Əliyev Ermənistanın Gəncəyə etdiyi hücumla bağlı paylaşım edib;

- Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərinin hücuma məruz qalması ilə bağlı paylaşım edib.

- Müdafiə Nazirliyi xəbəbr verir ki, Ermənistan tərəfinin Azərbaycan hərbçilərinin Hadrutda dinc sakinləri - qadın və onun əlil oğlunu guya qətlə yetirmələri barədə yaydığı xəbər əsassızdır, heç bir fakta söykənmir və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədini güdür. İşğal altında olan yaşayış məntəqələrinə guya Azərbaycan Ordusunun raket zərbələri endirməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır və dezinformasiyadır.

- Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub. Atəş nəticəsində 5 nəfər ölüb, 27 nəfər yaralanıb.

- Ermənistan silahlı qüvvələri Mingəçeviri raket atəşinə tutub.

- Müdafiə Nazirliyi düşmənin canlı qüvvə və texnikasının məhv edilməsinin videogörüntülərini yayıb.

- Düşmənin alay komandirinin müavini və xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.

- Oktyabrın 11-i səhər saat 08.00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

- Müdafiə Nazirliyi hücuma cəhd edən düşmənin qüvvə və vasitələrinin məhv edilməsinin videogörüntülərini yayıb.

- Baş Prokurorluğun məlumatına görə, Ermənistanın Gəncəyə növbəti atəşi nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.

- Erməni əsgərlərinin cəsədlərini yığan ağ bayraqlı tibbi maşın Ermənistan tərəfindən atəşə tutulub.

- Baş Prokurorluğun məlumatına görə,Gəncədə ölənlərin sayı 9-a çatıb.

- Baş Prokurorluğun məlumatına görə, Ermənistanın atəşi nəticəsində 41 mülki şəxs qətlə yetirilib, 205 nəfər yaralanıb.

- Müdafiə Nazirliyi Mingəçevir istiqamətində Ermənistana məxsus PUA-nın məhv edilməsi videogörüntülərini yayıb.

- Gəncənin raketlə vurulma anının videogörüntüləri yayılıb.

- Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Daşkəsən kəndinin videogörüntüsünü yayıb.

- Ermənistan ordusuna məxsus "KUB" zenit-raket kompleksi məhv edilib.

- Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndinin yeni videogörüntüsünü yayıb.

- Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndinin yeni videogörüntüsünü yayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.