Ölkə

Sumqayıtda güclü yanğın - FHN qüvvələri əraziyə göndərildi - VİDEO

10 Oktyabr 2024 22:22
Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən sexdə yanğın baş verib.

Milli.Az xəbər verir ki, bu barəd Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 800kv.m olan polietilen istehsalı sexində baş verdiyi və yayılma, o cümlədən yaxınlıqdakı evlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 800 kv.m. olan polietilen istehsalı sexinin içərisində 200kv.m. sahədə yığılmış polietilen tullantıları və sexin dam örtüyünün taxta atmaları 300 kv.m. sahədə yanıb.

Sexin böyük hissəsi və yaxınlıqda yerləşən fərdi yaşayış evləri yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.