Ölkə

Xaçmazda sahildən 205 kq-dan çox narkotik aşkarlandı - FOTO

8 Oktyabr 2024 13:29
Baxış: 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Milli.Az-a verilən xəbərə görə, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Niyazabad kəndində yerləşən sahil nəzarəti bölməsinin xidməti ərazisində ümumi çəkisi 205 kiloqram 135 qrammüxtəlif çeşitli narkotik vasitə və 13110 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilərək götürülmüşdür.

Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsində şübhəli bilinən 3 nəfər Azərbaycan Respublikası vətəndaşı sahilboyu ərazidə saxlanılmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.