Ölkə

Cəbrayıl Şəhəri Gününə həsr olunmuş konsert keçirilib - FOTO

4 Oktyabr 2024 13:05
Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəbrayıl Şəhəri Gününə həsr olunmuş konsert keçirilib.

APA xəbər verir ki, konsertdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidentinin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları konsertdən öncə Cəbrayılın qədim və müasir tarixinə, mədəni irsinə əsaslanaraq təşkil edilmiş sərgi ilə tanış olublar.

Konsertdə Xalq artistləri - Mələkxanım Eyyubova, Azər Zeynalov, Samir Cəfərova, Əməkdar artistlər - Yaqut Abdullayeva, Zahid Quliyev, Gülüstan Əliyeva, İlkin Əhmədov müğənnilər - Vüsal Zamanov, Güllü Muradova, Rəvanə Qurbanova, Taleh Hüseynli, İlhamə Qasımova, Sona Əzizova, Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, "Renesans" uşaq xoru çıxış ediblər.

Qeyd edək ki, ötən il iyulun 31-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr - Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.