Yaşıllıqlara dəymiş ziyana görə ödənişlərlə bağlı yeni qayda müəyyən edilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaşıllıqlara dəymiş ziyana görə ödənişlərin Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilməsi üçün hüquqi əsas müəyyən edilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Ətraf mühitin mühafizəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihədə qeyd edilib ki, mövcud qanunvericilikdə yaşıllıqların məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarından asılı olaraq təqsirkar şəxslər inzibati və cinayət məsuliyyəti daşımaqla bərabər, həmdə onların üzərində dəymiş ziyanın ödənilməsi vəzifəsi qoyularaq mülki məsuliyyətə cəlb edilirlər.
Yaşıllıqların mühafizəsi haqqında Qanunun 19.3-cü maddəsinə əsasən, yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir.
Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydaları"nın 4.2-ci bəndinə uyğun olaraq yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə"yə uyğun olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir.
Qeyd edilən normaya əsasən, təcrübədə yaşıllıqlara dəymiş ziyan "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu"na ödənilsə də "Ətraf Mühitin Mühafizəsi haqqında Qanun"da bu hal nəzərdə tutulmayıb.
Ətraf mühitə daxilolmaların hüquqi əsası Ətraf Mühitin Mühafizəsi haqqında Qanunun 27-ci maddəsinin 3-cü hissəsində qeyd edildiyindən Qanunun sözügedən normasına dəyişiklik edilməsi zərurəti yaranıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Üzərinə “Şəhid anası” yazılmış nömrəsiz maşınla qaydaları pozdu, saxlanıldı - (Video)
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
XƏBƏR LENTİ
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Üzərinə “Şəhid anası” yazılmış nömrəsiz maşınla qaydaları pozdu, saxlanıldı - (Video)
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”





