Aşıq Ələsgərin abidəsinin Bakının mərkəzində ucaldılması tarixi hadisədir - Azər Qarayev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan xalqı üçün Aşıq Ələsgərin abidəsinin Bakının mərkəzində ucaldılması tarixi və mənəvi bir hadisədir. Bu abidə yalnız böyük bir aşığın yaradıcılığına verilən dəyəri deyil, eyni zamanda, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin Azərbaycan xalqının yaddaşında yaşadığının bariz nümunəsidir. Aşıq Ələsgərin həyatı və fəaliyyəti, onun Vətənə bağlılığı, çətinliklərə baxmayaraq, doğma torpağına qayıtmaq istəyi xalqımızın əyilməz ruhunun əksidir.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
A.Qarayev qeyd edib ki, Qərbi Azərbaycandan olan vətəndaşların dədə-baba torpaqlarına qayıdacağı gün gələcək.
"Qarabağın azad edilməsi və suverenliyimizin tam bərpası, Prezidentimizin və xalqımızın öz iradəsi və Ordumuzun qəhrəmanlığı sayəsində mümkün oldu.
"Bu iradə və birlik bizə inam verir ki, bir gün Aşıq Ələsgərin Ağkilsə kəndindəki abidəsi də bərpa ediləcək və bu tarixi ədalətə nail olacağıq.
Bu günlərdə Qarabağda, Şərqi Zəngəzurda qurulan yeni həyatın timsalında Azərbaycan xalqının əzmini, birliyini və qətiyyətini görürük. Hər bir Azərbaycan vətəndaşı üçün bu abidə keçmişin yaddaşını, indinin mübarizəsini və gələcəyin ümidini təcəssüm etdirir. Aşıq Ələsgərin ruhu bu gün də bizimlədir və biz onun timsalında Azərbaycan xalqının mətinliyini və qətiyyətini bir daha görürük".
Politoloq əlavə edib ki, Azərbaycan dövləti tarixi şəxsiyyətlərinə olan dərin hörmətini və ehtiramını hər zaman yüksək səviyyədə nümayiş etdirib.
"Məhz bu səbəbdəndir ki, ölkəmizdə belə simaların xatirəsinin əbədiləşdirilməsi üçün müxtəlif tədbirlər görülür. Aşıq Ələsgərin abidəsinin açılışı da bunun bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, bundan əvvəl də Azərbaycanın müxtəlif bölgələrində tariximizə dəyərli töhfələr vermiş şəxslərin abidələri ucaldılıb, onların əsərləri yaşadılır və yeni nəsillərə çatdırılır.
Bu cür addımlar, əslində, təkcə tarixi şəxsiyyətlərin xatirəsini yaşatmaq məqsədi daşımır. Onlar, eyni zamanda, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, gənc nəslin öz köklərinə, mədəniyyətinə və tarixinə olan sevgisinin artırılması üçün vacibdir. Azərbaycanın hər bölgəsində Aşıq Ələsgər kimi şəxsiyyətlərin irsi daima diqqət mərkəzində olub və bundan sonra da olacaq. Bu, Azərbaycanın mədəniyyətə, tarixi şəxsiyyətlərinə və onların irsinə göstərdiyi xüsusi qayğının ən gözəl təzahürüdür. Biz inanırıq ki, belə təşəbbüslər gələcək nəsillərin də öz köklərinə daha sıx bağlı olmasına xidmət edəcək".
A.Qarayev onu da əlavə edib ki, Prezidentin ifadə etdiyi kimi, Aşıq Ələsgərin həyat yolu bütün Qərbi azərbaycanlıların taleyini təcəssüm edir.
"Sözə, sənətə, humanist dəyərlərə bağlı olan, vətənpərvər şair öz doğma yurdundan qaçqın düşsə də, ruhdan düşməyib, 100 yaşında öz yurduna qayıdaraq, yandırılmış evini bərpa edib və ömrünün son günlərinə qədər orada yaşayıbşş Biz ruhdan düşmürük; necə ki, 1921-ci ildə qayıtdıq, yenə də qayıdacağıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
XƏBƏR LENTİ
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi





