Bu gün yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilir.
Milli.Az APA-ya istinadən bildirir ki, sessiyada Ali Məclis sədrinin müavinləri seçilib.
Bəxtiyar Məmmədov Ali Məclis sədrinin 1-ci müavini seçilib.
---------
24 sentyabr
Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Məmmədov Bəxtiyar İbrahim oğlunun 1 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış seçkilərində 41 saylı Ordubad şəhər seçki dairəsindən deputat seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib.
Bu nəzərə alınaraq o, tutduğu vəzifədən azad edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun