Ölkə

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

20 Sentyabr 2024 07:21
Baxış: 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə COP29-un sədrliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

Qeyd olunur ki, noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı mühüm irəliləyiş əldə olunub.

Son yeniliklərə Bakı Olimpiya Stadionunda işlərin tezliklə başa çatdırılması daxildir. Bundan əlavə, sərnişindaşınmanın asanlaşdırılması üçün 350 elektrik avtobusu nəzərdə tutulub, "bnetwork" vasitəsilə əlavə 4 000 otaq əlçatan olacaq və tədbirin qlobal səviyyədə işıqlandırılması üçün müvəqqəti media mərkəzi yaradılacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.