“Oğlum mənə deyir ki, Səmədi rahat burax”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"3 ildir ki, onsuz ad günü keçirdirəm. Çox çətindir. Efirlərə çıxmaq istəmirəm. Səmədin vəfatından sonra çox insanlardan, sənət dostlarından incimişəm. Bu barədə isə danışmaq istəmirəm. Çünki bunlar boş şeylərdir".
Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri mərhum Xalq artisti Səməd Səmədovun həyat yoldaşı İradə xanım "Elgizlə izlə" verilişinə müsahibəsində deyib.
Sənətçinin xanımı S.Səmədovla son danışıqlarını bu sözlərlə xatırlayıb:
"Səmədlə telefonla danışırdım. Keyfi yaxşı idi. Ona söylədim ki, qayıdıb gəlmək istəyirəm. Səməd də dedi ki, mən səni evə qoyan deyiləm. Çünki xəstəlik (Covid19 infeksiyası - red.) sənə keçə bilər. Sonra isə mənə dedi ki, xəstəxanaya gedirəm, hər şey yaxşı olacaq. Məndə o ərəfə də gəlirdim. Zəng vurub mənə dedilər ki, o dünyasını dəyişib. Ürəyimdə o qaldı ki, kaş mən onun yanında olardım. Bəlkə onun yanında olsaydım kömək edərdim. Səmədə deyirdim ki, hərarətin var, getmə işə. Amma məni dinləmirdi, yenə gedirdi".
İradə xanım ərinin heç bir duet ortağına onu qısqanmadığını söyləyib:
"Heç bir qısqanclıq yox idi. Özünə güvənməyə adam qısqanır".
S.Səmədovun həyat yoldaşı onun ölümü ilə hələ də barışa bilmədiyini vurğulayıb:
"Səmədin məzarını ziyarətə gələndə çox şeylər haqda onunla danışıram. Şikayət də, dava da edirəm onunla. Oğlum mənə deyir ki, Səmədi rahat burax, o axı artıq ölüb. Deyirəm ki, o niyə ölüb, niyə məni tək qoyub çıxıb gedib. Səməd gedişi ilə məni çox yandırdı.
Qeyd edək ki, S.Səmədov 24 iyul 2021-ci ildə 74 yaşında Covid19-dan müalicə aldığı xəstəxanada sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib. 2019-cu il əvvəl onun bacısı da koronavirusdan dünyasını dəyişib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)





