Ölkə

Azərbaycandakı xarici diplomatların Kəlbəcərə səfəri başa çatıb - YENİLƏNİB - VİDEO - FOTO

18 Sentyabr 2024 19:47
Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda akkreditə olunmuş diplomatların ölkənin işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, səfər zamanı 20-si səfir olmaqla 60-dan çox diplomat regionda aparılan tikinti-bərpa işləri ilə ətraflı tanış olub.

Diplomatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Birgünlük səfərin ilk dayanacağı Ağdərə rayonunun Suqovuşan qəsəbəsi olub. Diplomatlar və hərbi attaşelər Suqovuşanda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əyani tanış olmaq imkanı qazanıb, "Suqovuşan" istirahət parkına baş çəkib, burada onlara bu qəsəbənin işğaldan azad edilən ilk yaşayış məntəqələrindən biri olduğu barədə məlumat verilib.

Nümayəndə heyəti, həmçinin əsas infrastruktur obyektlərinə, o cümlədən Suqovuşan və Sərsəng su anbarlarında, eləcə də bu yaxınlarda istifadəyə verilmiş "Yuxarı Vəng" su elektrik stansiyasında olub.

Kəlbəcər rayonunda isə onlar tarixi abidə - Xudavəng monastır kompleksi ilə tanış olublar.

Səfər Kəlbəcərdə yeni qəsəbə və təhsil kompleksinin tikintisinin gedişi ilə tanışlıqla başa çatıb. Diplomatlara həmçinin "İstisu" mineral su zavodunda istehsal prosesi də nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün mütəmadi olaraq ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfərlər təşkil olunur.

-------

12:28

Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Ağdərə rayonunun Suqovuşan kəndinə gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, səfərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə 20-si səfir olmaqla 60-dan çox diplomat iştirak edir.

Səfər zamanı diplomatlar və hərbi attaşelər Suqovuşanda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əyani tanış olmaq imkanı əldə ediblər.

Nümayəndə heyəti əsas infrastruktur obyektlərində, o cümlədən Suqovuşan və Sərsəng su anbarlarında, eləcə də işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatının bərpasında və enerji təminatında mühüm rol oynayan "Yuxarı Vəng" su elektrik stansiyasında olacaqlar.

Diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun gələcək perspektivlərini, eləcə də işğaldan azad edilmiş torpaqların davamlı inkişafı və sülh yolu ilə inteqrasiyasının təmin edilməsi istiqamətində ölkəmizin səylərini qiymətləndirməyə imkan verib.

-----------
12:16


Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelərin sentyabrın 18-də Kəlbəcərə səfəri edib.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. 

Xarici qonaqlar səfər zamanı Suqovuşan və Sərsəng su anbarlarını, "Yuxarı Vəng" Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu, həmçinin digər əraziləri ziyarət edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.