Ölkə

“Nəzrin məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb...” - FOTO

9 Sentyabr 2024 17:37
Baxış: 1 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar rayonunda masaj edilərkən ölən iki yaşlı Nəzrinin babası baş verən hadisədən danışıb.

Milli.Az xəbər verir ki, "Bizim.media"ya açıqlama verən Mirkərim Qubadov uşağın çarmıxa çəkildiyini iddia edib: "Birinci seansdan sonra səhərə qədər yatmayan uşağı ikinci dəfə sınıqçıya aparıblar. Uşaq məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb. Bu, masaj deyil, kiminsə sözünə uyub apardılar onun yanına".

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Qeyd edək ki, hadisə sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kəndində baş verib. Kənddə sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova 2 yaşlı N. Qubadlının sümüklərini masaj edərkən azyaşlı ölüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.