Ölkə

Azad olunan ərazilərdə indiyədək tikilən SES-lərin gücü 270 MVt-a bərabərdir - FOTOlar

4 Sentyabr 2024 21:37
Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiçik Qafqaz dağ silsiləsində formalaşan çaylar üzərində su elektrik stansiyalarının yaradılması prosesi sistemli şəkildə davam edir. Son bir ildə doqquz yerdə su elektrik stansiyası tikilib. İşğaldan azad olunan ərazilərdə indiyədək ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara verilib.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib.

T.Abdullayev bildirib ki, sentyabrın 2-də açılışı olan "Zar" Kiçik Su Elektrik Stansiyasının gücü 4,3 MVt, "Toğanalı" kiçik su elektrik stansiyalarının gücü 4,1 MVt-dır.

"Bu su elektrik stansiyalarının istismara verilməsi regionun "yaşıl enerji" potensialına xüsusi töhfə verir. Hər iki SES bir il ərzində inşa olunub. Bu stansiyalarda ən müasir texnologiyalardan istifadə etməklə turbin, generator və məsafədən idarəetmə üçün rəqəmsal avadanlıqlar quraşdırılıb.

Stansiyalar 24 damarlı fiber-optik kabel xətləri ilə ölkənin mərkəzləşmiş optik kabel şəbəkəsinə və SCADA sisteminə inteqrasiya olunub.

"Zar" və "Toğanalı" KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir".

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcərdə "Zar" KSES-in açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda "Toğanalı" KSES-in açılışını edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.