Telekanallarda son 8 ayın monitorinqi: 9 ciddi pozuntu faktı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin səkkiz ayı ərzində aparılan monitorinqlərin nəticəsi olaraq, televiziya və radio kanallarının efirində doqquz ciddi pozuntu faktı aşkarlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Audiovizual Şuradan bildirilib.
Qeyd edilib ki, həmin faktlara görə yayımçılara bir ümumi açıqlama ilə tövsiyə-xəbərdarlıq (elektron siqaret reklamları ilə bağlı bütün yayımçılara), bir rəsmi xəbərdarlıq (erkən nikahın təbliğinə görə ) olunub.
Bundan başqa, dörd yayımçının proqramlarının yayımı müvəqqəti dayandırılıb. Belə ki, ayrıseçkiliyin təbliğinə görə "MTV" 8 saat, müəllif hüquqlarını pozduğuna görə "ATV", "ARB" və "ARB Günəş"in hərəsi 3 saatlıq yayımı dayandırılıb.
Həmçinin "Səhiyyə TV"də reklamda müvafiq lisenziya məlumatlarının verilməməsinə görə 2 protokol, "İTV"də "18+" kateqoriyalı məzmunun 6 - 23.00 aralığında verilməsinə görə 1 protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məlumatda, həmçinin bildirilib ki, texniki xəta səbəbindən yaranmış pozuntular da olub, buraya səhər efirində dövlət himninin səsləndirilməməsi (4 fakt), reklam yayımı ilə bağlı (58 fakt), sponsorluqla bağlı (36 fakt), dövlət dili ilə bağlı (3 fakt), məhkəmə qərarı olmadan hər hansı şəxsin günahkar adlandırılması ilə bağlı (2 fakt), hüzn günü ilə bağlı (4 fakt) texniki pozuntular daxildir.
"Belə pozuntular qeydə alınan kimi həmin yayımçılara bildirişlər göndərilib və xətanın aradan qaldırılması təmin olunub", - deyə məlumatda qeyd edilib.
Şuradan, həmçinin məlumat verilib ki, televiziya kanallarındakı məzmunla bağlı vətəndaş müraciətləri də olub, ümumi olaraq Şuraya 44 yazılı, 22 telefon müraciəti daxil olub:
"Həmin müraciətlərdən 62-də yayımda baş vermiş hal vətəndaşlar tərəfindən pozuntu kimi təfsir olunsa da, təkrar monitorinq nəticəsində pozuntu halı təsbit olunmamış və vətəndaşlara müvafiq məlumat verilib. 4 müraciətlə bağlı pozuntu faktı (reklam və sponsorluqla bağlı 3, "18+" kateqoriyası ilə bağlı 1 pozuntu) təsdiqlənib, bununla bağlı qanunvericiliyə uyğun olaraq bəzi hallarda yayımçılara müvafiq tövsiyə verilib, bəzi hallarda sanksiya tətbiq olunmuş və həmin vətəndaşlara bununla bağlı məlumat verilib".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
XƏBƏR LENTİ
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq





