Şvabe erməni lobbisinin maraqlarına xidmət etməklə məşğuldur - Azər Qarayev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Frank Şvabe Almaniya Bundestaqının üzvü, AŞPA-dakı Almaniya nümayəndə heyətinin üzvü və erməni lobbisinin fəal müdafiəçisi olaraq tanınan bir siyasətçidir. Onun fəaliyyəti uzun illərdir Azərbaycan və Türkiyəyə qarşı yönəlib.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
A.Qarayev bildirib ki, Şvabenin anti-Azərbaycan mövqeyi Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu və bölgədəki güclü mövqeyini zədələmək məqsədi güdür:
"Bu siyasətçi ölkəmizə qarşı daim qərəzli bəyanatlar verməklə, erməni lobbisinin təsiri altında olduğunu açıq şəkildə nümayiş etdirir.
Frank Şvabe xüsusilə Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra ölkəmizə qarşı daha da aqressiv şəkildə çıxış edir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və Qarabağda suverenliyini bərpa etməsi Şvabe kimi şəxsləri narahat edir. Bu uğurlar Azərbaycanın bölgədə və dünyada güclənən mövqeyini bir daha təsdiqləyir.
Lakin Şvabe yalnız siyasi mübarizə ilə kifayətlənmir. O, Azərbaycana qarşı qara piar kampaniyaları təşkil edir və beynəlxalq aləmdə ölkəmizin imicini zədələməyə çalışır. Onun son çıxışları və açıqlamaları da bu kampaniyaların bir parçasıdır. Xüsusilə Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində Şvabe kimi qüvvələrin fəallaşması Azərbaycanın bu mühüm beynəlxalq tədbiri təşkil etmək səylərini gözdən salmaq məqsədi daşıyır".
Onun sözlərinə görə, Frank Şvabenin korrupsiya və digər mənfi hərəkətləri də onun fəaliyyətini şübhə altına alır.
"Onun təmsil etdiyi siyasi qüvvələrin adları dəfələrlə korrupsiya qalmaqallarında hallanıb. Şvabenin özü də bu qalmaqallarda adı çəkilən bir fiqur kimi tanınır. O, alman siyasətinin problemlərinə diqqət yetirmək əvəzinə, Azərbaycanın uğurlarını zədələməyə çalışır. Şvabe öz ölkəsinin problemlərindən daha çox, erməni lobbisinin maraqlarına xidmət etməklə məşğuldur.
Azərbaycanın beynəlxalq səviyyədə qazandığı uğurlar və artan nüfuzu, bu cür təxribatçı kampaniyalara baxmayaraq, davam edir. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və xalqımızın iradəsi sayəsində ölkəmiz öz ərazi bütövlüyünü təmin edib və beynəlxalq səviyyədə öz gücünü nümayiş etdirir. Frank Şvabe kimi siyasətçilər Azərbaycanın bu uğurlarını sarsıtmaq gücündə deyil və onların fəaliyyəti yalnız tarixin səhifələrində qərəzli, maraqlarına xidmət edən şəxslər kimi xatırlanacaq.
Bu cəhdlər Azərbaycanın dünya səviyyəsində qazandığı nüfuzu zədələyə bilməz. Azərbaycanın qətiyyəti və iradəsi, Şvabe kimi siyasətçilərin bütün cəhdlərini boşa çıxaracaq, ölkəmiz isə uğurlarına davam edəcək. Azərbaycanın dostları və müttəfiqləri ilə birlikdə əldə etdiyi uğurlar Frank Şvabe kimi qərəzli siyasətçilərin qarayaxma kampaniyalarına baxmayaraq, heç vaxt gözdən salınmayacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)





