Ölkə

Azərbaycan hansı halda F-16 ala bilər? - Ekspert

16 Avqust 2024 07:16
Baxış: 3 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-dan birbaşa F-16 qırıcıları almağımız mümkün deyil. Həmçinin bu qırıcıların üçüncü ölkələrə satışı da yalnız ABŞ-ın icazəsi ilə mümkündür. Bu səbəbdən nə İsrail, nə də Türkiyə, istəsələr belə, ABŞ-ın razılığını almadan, bu qırıcıları Azərbaycana verə bilməzlər.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a hərbi ekspert Elxan Şıxəliyev Azərbaycanın F-16 döyüş təyyarələri əldə etməsinin mümkünlüyü haqqında danışarkən deyib.

Ekspert bildirib ki, Azərbaycanın digər alternativləri var:

"Pakistan istehsalı "JF Tunder -17" təyyarələri bu gün bizim üçün daha əlçatandır. Çünki Pakistanla əlaqələrimiz qardaşlıq səviyyəsindədir, hərbi tərəfdaşlığımız var və İslamabad bu qırıcıların Azərbaycana satılmasına razıdır. O yöndə müzakirələr də gedib. JF-17-lər taktiki-texniki xüsusiyyətlərinə görə ehtiyaclarımızı ödəyə bilən döyüş təyyarələrindəndir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.