Ölkə

DTX-də aparılan cinayət işi üzrə axtarışa verilmiş terrorçu Rusiyada ələ keçdi

25 İyul 2024 12:42
Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DTX-də aparılan cinayət işi üzrə axtarışa verilmiş, Rusiyada sənəd yoxlanışı zamanı təsadüfən Azərbaycanın İnterpol vasitəsilə axtarışa verdiyi, "Əl-Qaidə" terror təşkilatının üzvü Elxan İbrahimov saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Mash" "Telegram" kanalı yayıb.

Bildirilir ki, 37 yaşlı şübhəli Moskvanın qərb hissəsində, Miçurin prospektində saxlanılıb. Məlum olub ki, saxlanılan şəxs 2013-cü ildə Suriyaya gedərək "Əl-Qaidə"nin yerli bölməsi olan "Cəbhət ən-Nüsra" qruplaşmasına qoşulub.

2019-cu ildə Bakı məhkəməsi onun həbsinə sanksiya verib, bundan sonra İbrahimov Qazaxıstan vasitəsilə Rusiyaya qaçıb.

Azərbaycanda İbrahimov cinayətkar qrupun təşkili və silahlı dəstələrin yaradılmasında ittiham olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.