Ölkə

Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirildi

24 İyul 2024 11:41
Baxış: 2 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 24-də Əhməd Rəcəbli küçəsində (Təbriz küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. 

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, tətbiq edilən məhdudiyyətlə əlaqədar 2, 5, 9, 11 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ağa Nemətulla küçəsi, Uluqbəy küçəsi, Fətəli xan Xoyski küçəsi və Faiq Yusifov küçəsi ilə təşkil edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.