Ölkə

Balakəndə qəza törədən motosikletçi komaya düşdü

18 İyul 2024 06:15
Baxış: 1 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Balakənin Kortala kəndində hərəkətdə olan motosiklet yoldan çıxaraq aşıb və sürücü nəqliyyat vasitəsinin altında qalıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, axşam saatlarında Kortala kənd sakini, 30 yaşlı Fərman Əfəndiyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstəriləndən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər motosiklet sürücüsünün komaya düşdüyünü və vəziyyətinin ağır olduğunu bildiriblər.

İlkin araşdırmalarla məlum olub ki, Fərman Əfəndiyev kənd ərazisində özünə məxsus motosikleti yüksək sürətlə idarə edib və idarəetməni itirməsi nəticəsində qəza baş verib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.