Ölkə

“Bu nə geyimdir kənddə geyinmisiniz?” sözünə görə bıçaqlanma

15 İyul 2024 23:31
Baxış: 1 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin fevralında Ordubad rayonunun Dəstə kəndində baş verən bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə müttəhim kürsüsündə 2006-cı il təvəllüdlü Namiq Zeynalov (ad-soyad şərtidir) əyləşib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, bıçaqlanmaya səbəb Vüqar Quliyevin (ad-soyad şərtidir) onun geyiminə lağ etməsi olub.

"Kənddə məktəbə tərəf gedəndə bizə söz atdı. Dedi ki, "Bu nə geyimdir geyinmisiniz? Banditə oxşayırsınız. Fikir vermədən yola davam etdik. Amma arxamızca gəlib yenə eyni sözləri təkrarladı. "Vorzakon" kimi, bandit kimi geyinmisiniz, lap adam vuranlara oxşayırsınız. Bu nə geyimdir kənddə geyinmisiniz?" dedi". - 18 yaşlı təqsirləndirilən şəxs bildirib.

Bundan sonra tərəflər arasında ciddi mübahisə yaşanıb və nəticədə yeniyetmə Vüqar Zeynalovu bıçaqlayıb.

Zərərçəkmiş şəxs isə müalicəsinin xərclərinin qarşılandığını, qarşı tərəfdən şikayətçi olmadığını bildirib.

Məhkəmənin hökmünə əsasən Namiq Zeynalov üç il müddətinə azadlıqdan məhrum edilib. Cinayət törədərkən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilib və ona bir il altı ay sınaq müddəti müəyyən edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.