Ölkə

Bu tarixdən taksilərdə qiymətlər bahalaşacaq - VİDEO

28 İyun 2024 09:57
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyul ayının 1-dən ölkədə, xüsusilə də paytaxt Bakıda ciddi taksi çatışmazlığının yaşanacağı gözlənilir. Taksilərlə bağlı yeni tələblər əvvəllər bu sektorda necə gəldi fəaliyyət göstərənlərin sayını azaldacaq.

Milli.Az bildirir ki, iqtisadçı ekspert. Fuad İbrahimov "Xəzər Xəbər"ə deyib ki, əvvəllər qeyri-rəsmi rəqəmlərə görə, 45-50 min taksi fəaliyyət göstərirdi. Ancaq indiki rəsmi rəqəmlərə görə, həmin şəxslərin sadəcə 7 mindən biraz çoxu icazə vərəqi alıb. Başqa sözlə, iyul ayının 1-dən etibarən hələlik işləmək üçün bu sayda taksi sürücüsünün rəsmi icazəsi olacaq.

Ekspertin fikrincə, nəticədə tələb təklifi üstələdiyi üçün qiymətlər artacaq.

Onun sözlərinə görə, bahalaşmanın da müəyyən həddi olmalıdır. İndiki vəziyyətdə taksidən istifadə zamanı taksi operatorları tərəfindən minimum qiymət prinsipi tətbiq edilir. Pik saatlarda və sifarişlər çox olduğu zaman taksi operatorları tarifi daha yüksək hədlə hesablamağa başlayırlar. Başqa sözlə, eyni məsafədə həm ekonom, həm komfort, həm də bizness sinifinə aid taksi xidmətindən istifadə bəzi hallarda 2-3 dəfəyə yaxın baha başa gəlir.

Taksi tariflərinin minimum və maksimum hədlərinin müəyyən edilib-edilməyəcəyi məsələsinə aidiyyəti qurum da aydınlıq gətirib. Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.