Ölkə

Əsgərlərimiz Türkiyənin qoluna belə sevindi - VİDEO

27 İyun 2024 09:10
Baxış: 1 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünənki Türkiyə-Çexiya oyununu Azərbaycan Ordusunun əsgərləri də izləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyi də paylaşım edib. 

Türkiyə MN videoya "Can Azerbaycandan bizim çocuklara tam destek!" başlığını verib. 

Qeyd edilib ki, Azərbaycanın Silahlı Qüvvələr Günündə qəhrəman əsgərlər sözügedən matçın həlledici qoluna seviniblər. Onlar 90+4-cü dəqiqədə Cenk Tosun Türkiyə yığmasının ikinci qolunu vurmasını coşqu ilə qeyd ediblər: "Təşəkkürlər, Can Azərbaycan, təşəkkürlər Qarabağın aslanları... Hər zaman bir və bərabərik!"

Xatırladaq ki, Türkiyə 2:1 hesablı qələbə ilə 1/8 finala çıxıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.