Ölkə

5 mərkəzdə sertifikasiya imtahanı keçiriləcək

19 İyun 2024 21:25
Baxış: 2 867
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 5 mərkəzdə sertifikasiya imtahanı keçiriləcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, imtahanlar 21, 22 və 24 iyun tarixlərində baş tutacaq.

Bu il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

Sertifikatlaşdırma imtahanları Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 mərkəzdə - Şirvan şəhər 1, 20, 21 nömrəli, Salyan şəhər 2 nömrəli, Biləsuvar şəhər 1 nömrəli məktəblərdə təşkil olunmuş mərkəzlərdə keçiriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.